...

Azərbaycanda dövlət məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin məhkəmə qərarı ilə dayandırılması qeyri-mümkün oldu

Cəmiyyət Materials 4 Oktyabr 2012 11:11 (UTC +04:00)
Nazirlər Kabineti yeni təsdiqlədiyi "Məktəbəqədər təhsil müəssisəsinin nümunəvi nizamnaməsi"ndə məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin hansı hallarda dayandırıla bilməsini müəyyənləşdirib.
Azərbaycanda dövlət məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin məhkəmə qərarı ilə dayandırılması qeyri-mümkün oldu

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Nazirlər Kabineti yeni təsdiqlədiyi "Məktəbəqədər təhsil müəssisəsinin nümunəvi nizamnaməsi"ndə məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin hansı hallarda dayandırıla bilməsini müəyyənləşdirib.

Nazirlər Kabinetindən çərşənbə günü Trend-ə verilən məlumata görə, yeni nizamnaməyə əsasən, dövlət müəssisəsinin fəaliyyəti yalnız uşaqların sayı normadan az olduqda, müəssisə əsaslı təmirə dayandıqda, fövqəladə hallarda dayandırılacaq. Özəl və bələdiyyə məktəbəqədər təhsil müəssisəsinin yaradılması, genişləndirilməsi, fəaliyyətinin dayandırılması və ləğv edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən həyata keçirilir.

"Azərbaycan Respublikası məktəbəqədər tərbiyə müəssisələri haqqında əsasnamə"yə görə isə dövlət məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti məhkəmənin və arbitraj məhkəməsinin qərarı ilə dayandırıla bilər. Nizamnamədə isə bu məsələ öz əksini tapmayıb.

Nizamnaməyə görə, Azərbaycanda dövlət məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması yerli təhsil orqanlarının (şəhər (rayon) icra hakimiyyəti istisna olmaqla) qərarına əsasən ləğv edilə bilər. "Azərbaycan Respublikası məktəbəqədər tərbiyə müəssisələri haqqında əsasnamə"yə uyğun olaraq, məktəbəqədər müəssisələrin fəaliyyətinin dayandırılması yerli təhsil orqanlarının təqdimatına əsasən Təhsil Nazirliyinin əmri ilə həyata keçirilir.

Nizamnaməyə görə, uşaq 3 halda məktəbəqədər təhsil müəssisəsindən xaric edilməlidir. Uşaq valideynin (qanuni nümayəndəsinin) ərizəsinə, tibbi göstərişlərə əsasən və müqavilənin şərtlərini yerinə yetirmədikdə (özəl və bələdəiyyə məktəbəqədər təhsil müəssisəsində) məktəbəqədər təhsil müəssisəsindən xaric edilə bilər.

Xəbər lenti

Xəbər lenti