...

Azərbaycan 10 rəqs üzrə dünya çempionatında təmsil olunur

Cəmiyyət Materials 4 Oktyabr 2012 12:22 (UTC +04:00)
Oktyabrın 5-6-da Kanadanın Monreal şəhərində 10 rəqs üzrə dünya çempionatı keçiriləcək.
Azərbaycan 10 rəqs üzrə dünya çempionatında təmsil olunur

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

Oktyabrın 5-6-da Kanadanın Monreal şəhərində 10 rəqs üzrə dünya çempionatı keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanı bu yarışda Eldar Cəfərov və Anna Sajina cütlüyü təmsil edəcək.

Yarışın proqramına əsasən, oktyabrın 5-də, Kanada vaxtı ilə saat 19:00-da Latino-Amerika proqramı üzrə seçmə mərhələ, ertəsi gün isə həmin saatda Avropa proqramı üzrə yarışlar başlanacaq. Sonda isə ümumi nəticəyə əsasən, peşəkarlar arasında 10 rəqs üzrə dünya çempionu elan ediləcək.

Ölkəmizi bu çempionatda təmsil edəcək Eldar Cəfərov və Anna Sajina bildiriblər ki, Avropa çempionatındakı uğuru Kanadada da təkrarlamaq niyyətindədirlər və buna hazırdırlar.

Xatırladaq ki, rəqs cütlüyümüz ötən ay Avstriyanın Zalsburq şəhərində keçirilmiş qitə çempionatında birinci yeri tutublar.

Xəbər lenti

Xəbər lenti