...

Azərbaycanda həftə sonunadək mülayim hava şəraiti davam edəcək

Cəmiyyət Materials 4 Oktyabr 2012 12:54 (UTC +04:00)
Azərbaycanda həftənin sonunadək davam edən mülayim hava şəraiti, eyni zamanda, meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanda həftə sonunadək mülayim hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda həftənin sonunadək davam edən mülayim hava şəraiti, eyni zamanda, meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında oktyabrın 5-də hava şəraitinin dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 16-19, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti