...

Azərbaycanın İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməsi ilə bağlı rəsmi müraciət təqdim olunub

Cəmiyyət Materials 4 Oktyabr 2012 13:12 (UTC +04:00)
Oktyabrın 2-3-də Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin 18-ci iclası keçirilib.
Azərbaycanın İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməsi ilə bağlı rəsmi müraciət təqdim olunub

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

Oktyabrın 2-3-də Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin 18-ci iclası keçirilib.

İclasda Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov və MOK-un məsul işçisi, İslam Qadın və İdman Federasiyasının birinci komitəsinin üzvü Könül Nurullayeva iştirak ediblər.

MOK-dan Trend-ə verilən məlumata görə, tədbirdə İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinə Azərbaycanın 2017-ci ildə İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməsi ilə bağlı rəsmi müraciət təqdim olunub. Gənclər və idman naziri Azad Rəhimov və İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iclasda çıxış edib lər.

Burada, həmçinin, İslam Həmrəylik Oyunlarının paytaxtımızda keçirilməsi ilə bağlı ilkin texniki kitabın təqdimat mərasimi keçirilib. Kitabda tədbirlər planı, görüləcək işlər, mövcud vəziyyət, mədəniyyət, nəqliyyat infrastrukturu, tibb sahəsi, idmanda əldə olunan uğurlar, könüllülərin iş prinsipi, turizmin inkişafı və s. mövzular öz əksini tapıb.

İclasda Azərbaycan və Bakı haqqında qısa videoçarx da nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti