...

Azərbaycan dilinin inkişafı ilə bağlı Dövlət Proqramının layihəsi hökumətə təqdim olunub

Cəmiyyət Materials 4 Oktyabr 2012 13:31 (UTC +04:00)
AMEA-nın işçi qrupu "Dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın layihəsini Nazirlər Kabinetinə təqdim edib.
Azərbaycan dilinin inkişafı ilə bağlı Dövlət Proqramının layihəsi hökumətə təqdim olunub

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir M.Əliyev/

AMEA-nın işçi qrupu "Dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın layihəsini Nazirlər Kabinetinə təqdim edib. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında işçi qrupunun rəhbəri Kamal Abdulla bildirib.

O qeyd edib ki, layihənin hazırlanmasında dilçilər, AMEA-nın nümayəndələri, həmçinin Azərbaycanın bir çox siyasi, təsərrüfat strukturlarının əməkdaşları iştirak ediblər.

"Hesab edirəm ki, layihə qloballaşma şəraitində Azərbaycan dilinin işlənməsi və tətbiqi məsələlərini geniş şəkildə özündə əks etdirir", - Abdulla deyib.

Onun sözlərinə görə, qeyd olunan Dövlət Proqramında elə maddələr var ki, uzun müddətə ardıcıl olaraq həyata keçirilməlidir.

Qeyd edək ki, Azərbaycan Prezidentinin imzaladığı sərəncama görə, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın layihəsi oktyabrın 1-dək Nazirlər Kabinetinə, noyabrın 1-dək ölkə Prezidentinə təqdim edilməlidir.

Xəbər lenti

Xəbər lenti