Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda oğurluq edən Türkiyə vətəndaşlarının məhkəməsi keçirilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində oğurluq etməkdə ittiham olunan Türkiyə vətəndaşları Kenan Əzəl, Caner Korkmaz və Çengiz Korkmazın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Məhkəmədən Trend-ə bildirilib ki, məhkəmənin hökmü ilə Ç.Korkmaz 8 il, K.Əzəl 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. C.Korkmaza isə 5 il 11 ay 28 gün müddətinə şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, onların ötən il bir neçə mənzildən külli miqdarda pul, qızıl-zinət əşyaları oğurladığı məlum olub.
Onlar Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi, Göyçay və Ucar rayon polis şöbələrinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıblar.