...

"Turizm haqqında" yeni qanun layihəsi hazırlanıb

Cəmiyyət Materials 4 Oktyabr 2012 18:19 (UTC +04:00)
"Turizm haqqında" qanuna dəyişiklik ediləcək və artıq Ümumdünya Turizm Təşkilatı (ÜTT) ilə danışığımız müsbət nəticə verir.
"Turizm haqqında" yeni qanun layihəsi hazırlanıb

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir E.Mehdiyev/

"Turizm haqqında" qanuna dəyişiklik ediləcək və artıq Ümumdünya Turizm Təşkilatı (ÜTT) ilə danışığımız müsbət nəticə verir. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

"Turizm haqqında" qanun yeniliklərlə və uzun müddət icra oluna biləcək qanun kimi hazırlanmalıdır. Bu məqsədlə biz artıq ÜTT rəhbərliyi ilə danışıqlar aparmışıq. Bu layihənin 1-ci variantına onların ekspertləri tərəfindən baxılıb və tövsiyələr verilib", - nazir bildirib.

Qarayev qeyd edib ki, qanun layihəsi yenidən işlənərək həmin təşkilata təqdim olunub.

"Düşünürük ki, qanun layihəsi dünyada turizm haqqında qanunvericilik sahəsində ən qabaqcıl qanun olmalıdır. Ümid edirik ki, qanun 2013-cü ildə müzakirəyə cıxarılacaq", - o bildirib.

Xəbər lenti

Xəbər lenti