...

Azərbaycanda növbəti ekoloji araşdırmanın nəticələri açıqlanıb

Cəmiyyət Materials 5 Oktyabr 2012 11:16 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə apardığı növbəti araşdırmanın nəticələrini açıqlayıb.
Azərbaycanda növbəti ekoloji araşdırmanın nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə apardığı növbəti araşdırmanın nəticələrini açıqlayıb.

Trend cümə günü ETSN-in rəsmi saytına istinadən xəbər verir ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə məişət və istehsalat tullantılarının idarə olunması sahəsində yol verilmiş qanun pozuntularına görə 132 akt və protokol tərtib olunub. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 34 müddətli məcburi göstəriş verilib.

Ümumilikdə 25 iş üzrə 74800 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 17 iş üzrə 1048.82 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 233 iş üzrə 55750,04 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 3, məhkəmələrə 1, icra qruplarına isə 15 iş göndərilib.

Xəbər lenti

Xəbər lenti