...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycanda multikulturalizm modeli adlı təqdimat paketi hazırlayır

Cəmiyyət Materials 5 Oktyabr 2012 11:36 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycanda multikulturalizm modeli adlı təqdimat paketi hazırlayır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycanda multikulturalizm modeli adlı təqdimat paketi hazırlayır

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir M.Əliyev/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycanda multikulturalizm modeli adlı təqdimat paketi hazırlayır. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib.

Onun sözlərinə görə, növbəti ildən dünyanın müxtəlif mərkəzlərində həmin təqdimat həyata keçiriləcək.

İskəndərov deyib ki, təqdimat paketi özündə mədəni tanışlıqları əks etdirir. Orta əsrlərdə Azərbaycana uzaq ölkələrdən gələn ziyarətçilər üçün Atəşgah məbədi yaradılıb. Sonrakı dövrlərdə də Azərbaycan müxtəlif dindən olan ziyarətçilərin ziyarət yeri olub.

Dövlət Komitəsi rəhbərinin sözlərinə görə, Azərbaycanda tarixən yəhudi, xristian, islam mədəniyyətlərinin inkişafı multikulturalizmin müxtəlif təbəqələrini yaradıb. İskəndərov qeyd edib ki, dövlət tərəfindən hər 3 dini icma üçün maddi yardım ayrılır. Bu da müsəlman ölkələrində anoloqu olmayan hadisədir.

Xəbər lenti

Xəbər lenti