...

Azərbaycanda ilk beynəlxalq şərab festivalı keçiriləcək

Cəmiyyət Materials 5 Oktyabr 2012 17:04 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olaraq oktyabrın 6-7-də Gəncədə “I Beynəlxalq şərab festivalı” keçiriləcək.
Azərbaycanda ilk beynəlxalq  şərab festivalı keçiriləcək

Azərbaycan, Bakı, 5 oktyabr / Trend müxbir M.Əliyev/

Azərbaycanda ilk dəfə olaraq oktyabrın 6-7-də Gəncədə "I Beynəlxalq şərab festivalı" keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə cümə günü İqtisadi İnkişaf Nazirliyindən bildirilib.

Festivalda rəsmi şəxslərlə yanaşı, yerli və xarici şərab istehsalçılarının iştirakı nəzərdə tutulur.

İqtisadi İnkişaf Nazirliyindən və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək festivalda Fransanın dövlət rəsmiləri, aparıcı üzümçülük əyalətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti fəxri qonaq qismində iştirak edəcək.

Tədbir çərçivəsində "Üzümçülük və şərabçılığın inkişafı perspektivləri: qabaqcıl təcrübə və texnologiyalardan istifadə imkanları" mövzusunda beynəlxalq elmi-praktik Konfrans, yerli və xarici şərab istehsalçıları arasında İşgüzar Görüş təşkil ediləcək.

Festivala qatılanlar musiqi və kulinariya şouları ilə yanaşı aktyorların iştirakı ilə maraqlı səhnəciklərin və "Şışlık şou"-nun şahidi olacaqlar.

Bundan başqa şərab turizm turlarının nümayişi, rəsm çəkmək istəyən hər bir şəxs üçün şərab mövzusunda müsabiqə, rəssamların sərgisi festivalı daha da keçiriləcək.

Festival çərçivəsində Azərbaycanın və digər ölkələrin şərab istehsalçılarının və distribyuterlərinin iştirakı ilə Biznes - forum, eləcə də üzümçülük və şərabçılıq üzrə beynəlxalq elmi-praktiki konfrans təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti