...

Kürəkçay-Goran mənzilində daha 4 km yolun təmirinə başlanılır (FOTO)

Cəmiyyət Materials 6 Oktyabr 2012 09:32 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 6-8 oktyabr 2012-ci ildə növbəti yol qoyuluşu həyata keçiriləcək və Kürəkçay-Goran mənzilində daha 4 km yol əsaslı təmir olunacaq.
Kürəkçay-Goran mənzilində daha 4 km yolun təmirinə başlanılır (FOTO)

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncamın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 6-8 oktyabr 2012-ci ildə növbəti yol qoyuluşu həyata keçiriləcək və Kürəkçay-Goran mənzilində daha 4 km yol əsaslı təmir olunacaq.

Məlumat üçün bildirək ki, Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu günə kimi 130 km yol əsaslı təmir olunub. İlin sonuna kimi əsaslı təmir olunmuş kilometrlərin sayı 150-ə çatacaq.
Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisəsləri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.
"Dəmiryolservis" MMC-nin baş direktoru Əli Əşrəf Lütfəlibəyovun telefonla verdiyi məlumatda bildirilir ki, səhər saatlarında Kürəkçay-Goran mənzilində söküntü işlərinə başlanılıb.

İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir.

Xəbər lenti

Xəbər lenti