...

Həftə sonu Azərbaycan ərazisində "yay günləri" davam edəcək

Cəmiyyət Materials 6 Oktyabr 2012 12:41 (UTC +04:00)
Həftə sonu Azərbaycan ərazisində havanın əsasən yağmursuz keçəcəyi, mülayim sabit hava şəraitinin davam edəcəyi gözlənilir.
Həftə sonu Azərbaycan ərazisində "yay günləri" davam edəcək

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Həftə sonu Azərbaycan ərazisində havanın əsasən yağmursuz keçəcəyi, mülayim sabit hava şəraitinin davam edəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 16-19, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 7-də gündüz əsasən yağmursuz hava şəraitinin hökm sürəcəyi proqnozlaşdırılır. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq.

Xəbər lenti

Xəbər lenti