...

IDEA Kampaniyası “Green Conversation Club” layihəsinə start verir

Cəmiyyət Materials 6 Oktyabr 2012 13:21 (UTC +04:00)
Gənclər arasında ətraf mühitin mühafizəsi ilə bağlı irimiqyaslı layihələr həyata keçirən IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) Kampaniyası “Green Conversation Club” layihəsinə start verir.
IDEA Kampaniyası “Green Conversation Club” layihəsinə start verir

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Gənclər arasında ətraf mühitin mühafizəsi ilə bağlı irimiqyaslı layihələr həyata keçirən IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) Kampaniyası "Green Conversation Club" layihəsinə start verir.

İDEA-dan Trend-ə verilən məlumata görə, layihənin əsas məqsədi bu sahədə maraqlı olan gənclərin ətraf mühitlə bağlı biliklərini təkmilləşdirməklə yanaşı, onların xarici dil (ingilis dili) səviyyəsinin inkişafına da öz töhfəsini verməkdir.

"Green Conversation Club"-ın görüşlərinin hər həftə IDEA Kampaniyasının Resurs Mərkəzində təşkil olunması nəzərdə tutulur. Klubun əsas mövzuları ətraf mühit problemləri və bu problemlərin həllində gənclərin rolu, dayanıqlı inkişaf, yaşıl iqtisadiyyat və digər yaşıl məsələləri əhatə edəcək. Söhbətlər yerli və xarici ekspertlər tərəfindən, ingilis dilində aparılacaq.

Layihədə Bakı şəhərinin müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələr də iştirak edə bilərlər.

Əlavə məlumat IDEA kampaniyasının rəsmi internet səhifəsi, Facebook və Twitter səhifələrindən almaq olar.

Qeyd edək ki, IDEA Kampaniyası 12 iyul 2011-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılıb.

Xəbər lenti

Xəbər lenti