...

Rusiya ilə sərhəddə qəzalı vəziyyətdə olan körpünün yerində tikilən yeni körpü yaxın aylarda istismara veriləcək (FOTO)

Cəmiyyət Materials 8 Oktyabr 2012 11:22 (UTC +04:00)
Trend-in "Azəryolservis" ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 177-ci km-də qəzalı vəziyyətə düşən körpünün yerində müasir körpünün tikintisinə başlanılıb.
Rusiya ilə sərhəddə qəzalı vəziyyətdə olan körpünün yerində tikilən yeni körpü yaxın aylarda istismara veriləcək (FOTO)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Rusiya ilə sərhəddə qəzalı vəziyyətdə olan körpünün yerində tikilən yeni körpü yaxın aylarda istismara veriləcək.

Trend-in "Azəryolservis" ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 177-ci km-də qəzalı vəziyyətə düşən körpünün yerində müasir körpünün tikintisinə başlanılıb.

Yeni körpünün uzunluğu 42 m, eni isə 14 m təşkil edəcək. Körpünün hər iki tərəfində piyadaların hərəkəti üçün 1 m enində səki nəzərdə tutulub. Körpünün 2 dayağında betonlanma və svay işləri başa çatıb.

Körpünün yaxın aylarda istismara verilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti