...

Sabah Azərbaycanda hava mülayimləşəcək

Cəmiyyət Materials 10 Oktyabr 2012 12:35 (UTC +04:00)
Sabah Azərbaycanda hava şəraiti mülayim keçəcək.
Sabah Azərbaycanda hava mülayimləşəcək

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Sabah Azərbaycanda hava şəraiti mülayim keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-20, gündüz 20-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 11-də hava şəraitinin gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyinin sürəti saniyədə 5-10 metr təşkil edəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti