...

Azərbaycanda istehlak bazarında yararsız ərzaq məhsulları aşkar edilib

Cəmiyyət Materials 11 Oktyabr 2012 18:13 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı respublikada bir sıra mağazalarda saxlama müddəti ötmüş malların satıldığı müəyyən edilib.
Azərbaycanda istehlak bazarında yararsız ərzaq məhsulları aşkar edilib

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı respublikada bir sıra mağazalarda saxlama müddəti ötmüş malların satıldığı müəyyən edilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakının Yasamal rayonunda Haqverdiyev küçəsi, ev 7, mənzil 31 ünvanında yerləşən "Elçin market"də, Z.Xəlilov küçəsində "Əriməz market"də və "Megacity market"də, C.Cabbarlı küçəsində Zaur Rəşidova məxsus mağazada və "Mobil market"də, Ə.Ələkbərov küçəsi, 1056 ünvanında Dilarə Qədirovaya məxsus mağazada, Xətai rayonunda S.Vəzirov küçəsi, E22 ünvanında yerləşən "Metro market"də, Ə.Axundov küçəsi, ev 10 ünvanındakı "Sirab market"də, Babək prospekti, 23/45-ci məhəllədə yerləşən "Məhəllə market"də, H.Salmani küçəsindəki "Orange market"də və "Günel market"də, Əhmədli qəsəbəsində Arif Məmmədova məxsus mağazada, Sabunçu rayonu Sabunçu qəsəbəsində Kamran Abdullayevə, Yelena Qurbanovaya məxsus mağazalarda və "Anar market"də, Ramana qəsəbəsi, Daş karxanası ünvanındakı "Qardaşlar market"də, Balaxanı qəsəbəsi, Milli Ordu küçəsi, 1/1 ünvanında yerləşən "İnam market"də" saxlama müddəti ötmüş malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi aşkarlanıb.

Eləcə də, Abşeron rayonunda Mehdiabad qəsəbəsi, Digah yolunda Razim İsgəndərova məxsus mağazada, Saray qəsəbəsi, Ş.Qurbanov küçəsində Elman Əmrahova məxsus mağazada, Xırdalan şəhərində Gənclər şəhərciyində "Qaraj Market" MMC-yə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı müəyyənləşdirilib.

Bundan əlavə, Ağdam rayonunda Qaradağlı kəndində Ətrə Məmmədovaya məxsus mağazada, Samux rayonunda
Qarayeri qəsəbəsində Cəfər Mustafayevə və Vüqar Quliyevə məxsus mağazalarda, Yevlax şəhərində, H.Əliyev prospektində Kamil Həşimova və Nemət Talıbova məxsus mağazalarda, Qusar rayonunda M.Füzuli küçəsində yerləşən "Pətək market"də saxlama müddəti ötmüş malların satıldığı müəyyən edilib.

Ümumilikdə, monitorinqlər zamanı 410 kq-a yaxın ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti