...

Qələbə meydanındakı müxtəlif səviyyəli yol qovşağının tikintisi 2013-cü ildə yekunlaşacaq (FOTO)

Cəmiyyət Materials 15 Oktyabr 2012 12:02 (UTC +04:00)
Bakıda metronun "Gənclik" stansiyası yaxınlığında Qələbə meydanındakı müxtəlif səviyyəli yol qovşağının tikintisi 2013-cü ildə yekunlaşacaq.
Qələbə meydanındakı müxtəlif səviyyəli yol qovşağının tikintisi 2013-cü ildə yekunlaşacaq  (FOTO)

Azərbaycan, Bakı, 15 oktyabr / Trend müxbir M.Əliyev/

Bakıda metronun "Gənclik" stansiyası yaxınlığında Qələbə meydanındakı müxtəlif səviyyəli yol qovşağının tikintisi 2013-cü ildə yekunlaşacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Azəryolservis" ASC-nin rəsmi saytında bildirilib.

Tikintisi davam etdirilən yol qovşağı kompleksinə 6 tunel, 2 piyada keçidi və metronun "Gənclik" stansiyasının 2 çıxışının tikintisi daxildir. Layihə üzrə 5 tunelin yerləşdiyi ərazidə kommunikasiyaların köçürülməsi və tikinti quraşdırma işləri başa çatdırılıb.

Hazırda üzlənmə, drenaj işləri və tunellərin daxilində yol geyiminin tikintisi həyata keçirilir. Svay işləri yekunlaşan digər tuneldə isə papaq tirlərinin və üst aşırım tirlərinin quraşdırılmasına başlanılıb. Ümumilikdə işlərin 70 faizi başa çatdırılan kompleksin 2013-cü ildə istismara verilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti