...

Azərbaycan Diplomatik Akademiyasında Türkmənistan Günü keçirilib (FOTO)

Cəmiyyət Materials 15 Oktyabr 2012 19:31 (UTC +04:00)
Trend-in məlumatına görə, tədbirdə hökumət üzvləri, Milli Məclisin deputatları, Azərbaycanda akreditə olunmuş diplomatik missiya rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri, ölkənin qabaqcıl ictimai xadimləri, həmçinin ADA və ölkənin digər ali məktəblərinin tələbələri iştirak ediblər.
Azərbaycan Diplomatik Akademiyasında Türkmənistan Günü keçirilib (FOTO)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir V.Javoronkova/

Azərbaycan Diplomatik Akademiyasında (ADA) "Türkmənistan Günü" adlı tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə hökumət üzvləri, Milli Məclisin deputatları, Azərbaycanda akreditə olunmuş diplomatik missiya rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri, ölkənin qabaqcıl ictimai xadimləri, həmçinin ADA və ölkənin digər ali məktəblərinin tələbələri iştirak ediblər.

Azərbaycan xarici işlər nazirinin müavini, səfir, ADA-nın rektoru Hafiz Paşayev təntənəli mərasimi giriş nitqi açıq elan edib.

O, çıxışında qeyd edib ki, iki ölkənin xalqlarını bir-birinə qarşılıqlı hörmətə, bərabərliyə və inkişafa doğru vahid istəyə əsaslanan dostluq və qardaşlıq münasibətləri bağlayır.

"Türkmənistan-Azərbaycan münasibətlərində yüksək etimad və qarşılıqlı anlayış mövcuddur ki, bu da ikitərəfli səviyyədə və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın ardıcıl inkişafı üçün möhkəm əsasdır", - o deyib.

Paşayevin sözlərinə görə, əsas məqsəd tələbələrin təkcə kitabdan, mühazirələrdə və ya professorlardan öyrənməsi deyil, həmçinin bir-birilərindən öyrənmələri üçün imkanın yaradılmasıdır.

"Bu, tələbələrimiz üçün əla imkandır və tədrisin ən yaxşı üsuludur. Biz bu mədəni tədbiri məmnuniyyətlə keçirdik, Türkmənistan səfiri və mən Türkmənistandan olan qonaqları salamlamağa şadıq", - Paşayev qeyd edib.

Onun sözlərinə görə, hazırda xarici ölkələrə həsr edilmiş yeni səhifə açılır.

"Bir-birimizin mədəniyyətini daha yaxından təqdim edə biləcək bu tədbiri keçirə bildiyimizə görə şadam. Hesab edirəm ki, bu hadisə uğurlu olacaq və inanıram ki, tələbələrimiz ölkədə belə tədbirləri necə keçirəcəyimizlə bağlı yeni ideyalar verəcəklər", - ADA rektoru vurğulayıb.

Paşayev Türkmənistanın Bakıdakı səfirinə missiyasında uğurlar arzulayıb.

Sonra Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Toyli Komekov çıxış edib.

O, bugünkü tarixin Türkmənistan Günü elan edilməsinə görə ADA-ya dərin minnətdarlığını bildirib.

Komekov qeyd edib ki, ölkələrimiz arasındakı dostluq münasibətləri və çoxtərəfli əməkdaşlıq hər iki xalqın çoxəsrlik milli ənənələrinə söykənir.

"Bu gün əminliklə deyə bilərik ki, doğru yolla - Türkmənistan-Azərbaycan münasibətlərinin inkişafı və möhkəmləndirilməsi yolunda irəliləyirik", - səfir bildirib.

Rəsmi şəxslərin çıxışından sonra tədbir iştirakçılarına müasir Türkmənistan haqqında videofilm nümayiş etdirilib.

Tədbirin sonunda qonaqlar Türkmənistanın milli kostyumları, xalçalarından ibarət sərgi ilə tanış olub, habelə bu ölkənin incəsənət xadimlərinin çıxışlarından zövq alıblar, Türkmənistan mətbəxinin təamlarından dadıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti