...

Azərbaycanda sabit hava şəraiti davam edəcək

Cəmiyyət Materials 16 Oktyabr 2012 13:00 (UTC +04:00)
Oktyabrın 17-də Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Azərbaycanda sabit hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Oktyabrın 17-də Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-18, gündüz 23-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti