...

Abel Məhərrəmov: BDU həmişə "yataqxana ərazisi" kriteriyasına görə "sıfır" alır

Cəmiyyət Materials 17 Oktyabr 2012 17:00 (UTC +04:00)
Bakı Dövlət Universitetinin (BDU) dünyanın ən yaxşı 500 universitetinin siyahısına düşməməsi yataqxana problemi ilə əlaqələndirilib.
Abel Məhərrəmov: BDU həmişə "yataqxana ərazisi" kriteriyasına görə "sıfır" alır

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Bakı Dövlət Universitetinin (BDU) dünyanın ən yaxşı 500 universitetinin siyahısına düşməməsi yataqxana problemi ilə əlaqələndirilib.

Trend-in məlumatına görə, BDU-nun rektoru Abel Məhərrəmov Azərbaycanın dövlət müstəqilliyinin 21-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə deyib ki, adətən, belə reytinq müəyyənləşdirilərkən universitetin yataqxana ərazisi də nəzərə alınır.

"Orada bir necə kriteriya var: elmi məqalələr, təhsilin səviyyəsi və s. Bu kriteriyalardan biri də yataqxanadır. Amma biz həmişə "yataqxana ərazisi" kriteriyasına görə "sıfır" alırıq. Buna görə də reytinqimiz aşağı düşür", - Məhərrəmov bildirib.

O əlavə edib ki, BDU-nun yataqxanalarında Dağlıq Qarabağ münaqişəsindən zərərçəkən insanlar məskunlaşıb, amma bu amil reytinq müəyyənləşdirilərkən nəzərə alınmır.

Qeyd edək ki, BDU 2011-ci ildə "QS World University Rankings-2011" reytinqinə görə dünyanın ən yaxşı 700 universitetinin siyahısına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti