...

Bakıda MDB ölkələrinin Gənclərlə iş üzrə Şurasının iclası keçiriləcək

Cəmiyyət Materials 18 Oktyabr 2012 11:55 (UTC +04:00)
MDB dövlətlərinin Gənclərlə iş üzrə Şurasının növbəti iclası sabah Bakıda öz işinə başlayacaq.
Bakıda MDB ölkələrinin Gənclərlə iş üzrə Şurasının iclası keçiriləcək

Azərbaycan, Bakı, 18 oktyabr / Trend müxbir M.Əliyev/

MDB dövlətlərinin Gənclərlə iş üzrə Şurasının növbəti iclası sabah Bakıda öz işinə başlayacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.

İclas 19-20 oktyabr tarixlərində keçiriləcək.

Tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistanın nümayəndələri iştirak edəcəklər. Eyni zamanda, tədbirə MDB ölkələrinin Azərbaycandakı səfirliklərinin nümayəndələri də dəvət ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti