...

Nuşirəvan Məhərrəmli: Problemli ailələr üzərində verilişlərin qurulması arzuolunan deyil

Cəmiyyət Materials 18 Oktyabr 2012 18:12 (UTC +04:00)
Problemli ailələr üzərində verilişlərin qurulması arzuolunan deyil. Qanunvericilik Milli Televiziya və Radio Şurasına imkan versəydi, dərhal həmin halları aradan qaldırardıq. Trend-in məlumatına görə, bunu cümə axşamı MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib.
Nuşirəvan Məhərrəmli: Problemli ailələr üzərində verilişlərin qurulması arzuolunan deyil

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir M.Əliyev/

Problemli ailələr üzərində verilişlərin qurulması arzuolunan deyil. Qanunvericilik Milli Televiziya və Radio Şurasına imkan versəydi, dərhal həmin halları aradan qaldırardıq. Trend-in məlumatına görə, bunu cümə axşamı MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib.

"Bəzən verilişlər çəkilərkən hər iki tərəfin bir-biri ilə dava səhnələrini görürük. Telekanallar elə hesab edir ki, bu normaldır, lakin bu olmamalıdır. Telekanalllar məhkəmə orqanları deyil. Əgər onlar jurnalist araşdırması aparırsa, belə verilişdə heç də dava səhnələri olmamalıdır. Amma kanallar münaqişə tərəflərinin davasını ən ağır formada göstərirlər. Bəzən tərəflər söyüşlər söyürlər. Bunlar qəbul olunan hal deyil. Biz bununla bağlı telekanal rəhbərlərinə öz tövsiyələrimizi vermişik", - Məhərrəmli deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti