...

Xaricdə təhsil almış gənclər üçün əmək yarmarkası keçiriləcək

Cəmiyyət Materials 19 Oktyabr 2012 13:31 (UTC +04:00)
Xaricdə təhsil almış gənclər üçün əmək yarmarkası keçiriləcək
Xaricdə təhsil almış gənclər üçün əmək yarmarkası keçiriləcək

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

Oktyabrın 20-də saat 11.00-dan 17.00-dək Bakı Biznes Mərkəzində (Neftçilər prospekti, 44) Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"na uyğun olaraq, xaricdə təhsil almış gənclər üçün İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə əmək yarmarkası keçiriləcəkdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yarmarkaya iqtisadiyyatın müxtəlif sahələrində (neft-qaz, enerji, sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, informasiya texnologiyaları, bank-maliyyə, turizm və s.) fəaliyyət göstərən 50 nüfuzlu yerli və xarici şirkət tərəfindən 500-dən çox vakant iş yeri çıxarılacaq, bu sahədə müvafiq meyar və tələblər haqqında gənclərə ətraflı məlumat veriləcək, maraq göstərən məzunların müraciətləri qəbul ediləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti