...

Müdafiə Nazirliyi ərzaq və tərəvəz məhsullarının satınalınması üzrə tender elan edib

Cəmiyyət Materials 22 Oktyabr 2012 11:05 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi 2013-cü il üçün ərzaq və tərəvəz məhsullarının satınalınması üzrə tender elan edib.
Müdafiə Nazirliyi ərzaq və tərəvəz məhsullarının satınalınması üzrə tender elan edib

Azərbaycan, Bakı, 22 oktyabr / Trend /

Azərbaycan Müdafiə Nazirliyi 2013-cü il üçün ərzaq və tərəvəz məhsullarının satınalınması üzrə tender elan edib.

Trend-in məlumatına görə, tender yeddi lot üzrə keçirilir - birinci növ buğda unundan bişirilmiş ağ çörək (bir ədədin çəkisi 250 qram), kartof, kələm, soğan, yerkökü, çuğundur, sarımsaq.

Çörək üzrə tender Bakı, Sumqayıt, Qusar, Gəncə, Qazax, Tovuz, Şəmkir, Göygöl, Gədəbəy, Naftalan, Bərdə, Ağcabədi, Beyləqan, Cəlilabad, Kürdəmir, Ələt-İmişli, Şəki, Balakən, Daşkəsən və Yevlax zonaları üzrə, digər lotlar isə Bakı, Gəncə, Beyləqan, Cəlilabad və Qusar zonaları üzrə elan olunub.

Tenderdə iştirak etmək istəyənlər ayrılıqda çörək üzrə noyabrın 15-dək, digər lotlar üzrə isə noyabrın 16-dək əsas şərtlər toplusunu ala bilərlər.

Tender zərflərinin açılması proseduru Müdafiə Nazirliyinin Əşya əmlakı təmiri kombinatında dekabrın 7-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti