...

Bakı Ali Neft Məktəbində avstriyalı qonaqlarla görüş keçirilib

Cəmiyyət Materials 22 Oktyabr 2012 11:28 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Avstriyanın “Doktor Pendl ənd Doktor Pisvanger” şirkətinin rəsmisi doktor Karl Pisvanger və bu ölkənin Krems Danube Universitetinin inzibati idarəetmə üzrə kurs əlaqələndiricisi doktor Kristin Pisvangeri qəbul etmişdir.
Bakı Ali Neft Məktəbində avstriyalı qonaqlarla görüş keçirilib

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Avstriyanın "Doktor Pendl ənd Doktor Pisvanger" şirkətinin rəsmisi doktor Karl Pisvanger və bu ölkənin Krems Danube Universitetinin inzibati idarəetmə üzrə kurs əlaqələndiricisi doktor Kristin Pisvangeri qəbul etmişdir.

BANM-dan Trend-ə verilən məlumata görə, görüş zamanı rektor E. Qasımov qonaqlara Bakı Ali Neft Məktəbinin yaranması zərurəti və tarixi barədə məlumat vermişdir. O ali məktəbin yüksək səviyyədə maddi-texniki vəsaitlə təmin edildiyini qeyd edərək, Bakı Ali Neft Məktəbinin Böyük Britaniyanın Heriot-Uatt Universiteti ilə sıx tərəfdaşlıq münasibətlərinin qurulduğunu söyləmişdir. O, bu əməkdaşlıq çərçivəsində gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında qonaqlara ətraflı məlumat vermişdir.

Avstriyalı qonaqlar qısa vaxt ərzində Bakı Ali Neft Məktəbində yaradılan şəraitdən razı qalaraq, onunla müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq qurmaq niyyətlərini ifadə etmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti