...

Xaricdə təhsil almış, dövlət qulluğunda çalışmaq istəyən gənclərin nəzərinə

Cəmiyyət Materials 22 Oktyabr 2012 17:21 (UTC +04:00)
Komissiyadan Trend-ə verilən məlumata görə, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil almış və dövlət qulluğunda çalışmaq istəyən gənclər dövlət qulluğuna qəbul olmaq üçün İqtisadi İnkişaf Nazirliyinə müraciət edərək qeydiyyatdan keçməlidirlər.
Xaricdə təhsil almış, dövlət qulluğunda çalışmaq istəyən gənclərin nəzərinə

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya xaricdə təhsil almış, dövlət qulluğunda çalışmaq istəyən gənclərə müraciət edib.

Komissiyadan Trend-ə verilən məlumata görə, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil almış və dövlət qulluğunda çalışmaq istəyən gənclər dövlət qulluğuna qəbul olmaq üçün İqtisadi İnkişaf Nazirliyinə müraciət edərək qeydiyyatdan keçməlidirlər.

Nazirlikdə qeydiyyatdan keçən namizədlərin şəxsi işləri Komissiyaya göndərilir və həmin namizədlər ehtiyat kadrlar siyahısına daxil edildikdən sonra onların vakant dövlət qulluğu vəzifələrinə təyinatı ilə bağlı müvafiq tədbirlər görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti