...

Ombudsmanın nümayəndələri 20 oktyabr aksiyası zamanı saxlanılan şəxslərlə görüşüblər

Cəmiyyət Materials 22 Oktyabr 2012 19:02 (UTC +04:00)
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, ombudsmanın işgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati qaydada həbs olunanların saxlanılma məntəqəsinə başçəkmə həyata keçiriblər.
Ombudsmanın nümayəndələri 20 oktyabr aksiyası zamanı saxlanılan şəxslərlə görüşüblər

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, ombudsmanın işgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati qaydada həbs olunanların saxlanılma məntəqəsinə başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, qrupun üzvləri oktyabr 20-də keçirilmiş aksiya zamanı inzibati qaydada müxtəlif müddətlərə həbs olunmuş 13 şəxslə görüşüblər. Görüş zamanı onların hər biri təklikdə qəbul edilib, hüquqları izah olunub.

Söhbət aparılmış şəxslər bu müəssisədə saxlanma şəraiti və burada onlara qarşı rəftardan şikayət etməyiblər. Həmin şəxslərdən bəziləri ilkin saxlanma zamanı kobudluğa məruz qaldıqlarını bildiriblər.

Habelə məlum olub ki, saxlanılan şəxslər hüquqlarını müdafiə edən vəkillə görüşüblər.

Saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə tövsiyələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti