...

Allahşükür Paşazadə Qurban bayramı münasibətilə dünya müsəlmanlarını təbrik edib

Cəmiyyət Materials 24 Oktyabr 2012 12:41 (UTC +04:00)
QMİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Paşazadə dünya müsəlmanlarını ən şərafətli bayramlardan olan mübarək Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, Allah rizası üçün kəsilən qurbanların, dua və ibadətlərin Haqq dərgahında qəbul olunmasını Pərvərdigari-Aləmdən diləyib.
Allahşükür Paşazadə Qurban bayramı münasibətilə dünya müsəlmanlarını təbrik edib

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibətilə dünya müsəlmanlarını təbrik edib.

QMİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Paşazadə dünya müsəlmanlarını ən şərafətli bayramlardan olan mübarək Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, Allah rizası üçün kəsilən qurbanların, dua və ibadətlərin Haqq dərgahında qəbul olunmasını Pərvərdigari-Aləmdən diləyib.

"İslam aləminin ən əziz və müqəddəs günlərindən biri - Eydül-Əzha - Qurban bayramı Peygəmbər Həzrət İbrahim əleyhissəlam dövrünün yadigarı olaraq müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilib. Bəşər övladının öz Uca Yaradanına təqva və məhəbbətini, Rəbbimizin öz bəndələrinə lütf və mərhəmətini təcəssüm etdirən müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir.

Şükürlər olsun ki, İslami dəyərlərə sahib duran dövlətimizin qayğısı sayəsində biz bu mübarək məqamı 2 gün bayram etmək şərəfinə nail olmuşuq. Bu əziz gündə həm müqəddəs Məkkeyi-mükərrəmədə, həm də ölkəmizin məscidlərində dualar edən Azərbaycan müsəlmanları Vətənimizin taleyinin ən çətin anlarında bizə öndər olmuş millət atası Heydər Əliyev həzrətlərinin ruhu üçün rəhmət diləyir, onun müdrik yolunun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin müstəqilliyimizi qorumaq, xalqımızı daha böyük uğurlara doğru aparmaq, Azərbaycanın haqq işinin zəfər çalması yolunda dəyərli fəalilyyətinə rəvac verməsini Uca Allahdan arzulayırlar.

Şübhəsiz ki, dövlətimizin gün-gündən yüksələn iqtisali qüdrəti, möhkəmlənən siyasi iradə və nüfuzu, milli-mənəvi dəyərlərin davamlı dirçəlişi Azərbaycan xalqının mübarək bayram əhval-ruhiyyəsini, daha gözəl sabahlara inamını artıran gözəl məqamlardır. Bu əziz gündə müstəqilliyimiz uğrunda, Vətən yolunda şəhid olmuş oğul və qızlarımızın ruhlarına rəhmət diləyərək, Vətənimizin ərazi bütövlüyünü bərpa etməkdə, Azərbaycanın dövlət bayrağını tezliklə doğma Qarabağda ucaltmaqda bizlərə yardımçı olması üçün Allah-Təalaya dualar edirik", - QMİ sədri bildirib.

"Bu mübarək günlərdə Şeyxülislam olaraq, Azərbaycan xalqına xeyir-dualarımı yetirir, Uca Allahın nəzərinin üzərimizdə hər zaman bərqərar olmasını diləyirəm. Allah-Təala qurbanlarımızı qəbul, ülvi niyyətlərimizi müstəcəb etsin, inşallah! Amin!" - təbrikdə deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti