...

Bakıda ilk dəfə olaraq beynəlxalq “Yaşıl Həftə” keçiriləcək

Cəmiyyət Materials 26 Oktyabr 2012 10:10 (UTC +04:00)
Bakıda ilk dəfə olaraq beynəlxalq “Yaşıl Həftə” keçiriləcək. Bu barədə cümə günü Trend-ə IDEA Kampaniyasından (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) daxil olan məlumatda bildirilir
Bakıda ilk dəfə olaraq beynəlxalq “Yaşıl Həftə” keçiriləcək

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

Bakıda ilk dəfə olaraq beynəlxalq "Yaşıl Həftə" keçiriləcək. Bu barədə cümə günü Trend-ə IDEA Kampaniyasından (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) daxil olan məlumatda bildirilir.

Məlumata görə, noyabrın 12-16-da IDEA Kampaniyası (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) və UNEP-in (BMT-nin Ətraf Mühit üzrə Proqramı) birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq beynəlxalq "Yaşıl həftə" layihəsinə start veriləcək.

Tədbirdə yerli qonaqlarla yanaşı xarici ölkələrdən dəvət olunmuş bir sıra beynəlxalq təşkilatların, habelə dövlət və qeyri dövlət təşkilatı nümayəndələrinin, gənc liderlərin iştirakı nəzərdə tutulub.

Tədbirin birinci günü beynəlxalq gənclər forumu təşkil olunacaq. Forumda əsasən 2012-ci ilin iyun ayında keçirilmiş RIO+20 sammitinin yekunu ilə bağlı müzakirələr aparılacaq.

Tədbirin ikinci günü UNEP tərəfindən 50-dən çox xarici nümayəndənin iştirakı ilə nəinki Azərbaycanda, hətta region olaraq Qafqazda ilk dəfə olaraq Avropanın böyük ekoloji qruplarının və səhmdarlarının görüşünün keçirilməsi planlaşdırılıb.

Noyabrın 14-də Azərbaycan Diplomatiya Akademiyasının yaşıl kampusunda ölkəmizdə ilk dəfə olaraq "Ətraf mühit diplomatiyası" adlı təlim proqram təşkil olunacaq. Açıq mühazirə formatında keçiriləcək təlim proqramında 300-dən çox gəncin iştirakı gözlənilir.

"Yaşıl həftə"-nin dördüncü günündə dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndəliklərinin iştirakı ilə yaşıl iqtisadiyyat mövzusu üzrə dəyirmi masa baş tutacaq.
Layihə UNEP-in Ətraf mühit və səhiyyə nazirlikləri nümayəndələrinin görüşü ilə yekunlaşacaq.

Qeyd edək ki, 12 iyul 2011-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış IDEA Kampaniyası çoxsaylı yerli və beynəlxalq layihələrə imza atır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti