...

Azərbaycan çaylarında sululuq artıb

Cəmiyyət Materials 29 Oktyabr 2012 14:42 (UTC +04:00)
Trend-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, oktyabrın 27-də yağan leysan xarakterli yağışlar nəticəsində Lənkəran-Astara bölgəsi çaylarında sululuğun kəskin artımı müşahidə olunub.
Azərbaycan çaylarında sululuq artıb

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Azərbaycan çaylarında sululuq artıb.

Trend-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, oktyabrın 27-də yağan leysan xarakterli yağışlar nəticəsində Lənkəran-Astara bölgəsi çaylarında sululuğun kəskin artımı müşahidə olunub. Belə ki, Lənkərançay-Lənkəranda suyun səviyyəsi 40 sm, Lənkərançay-Sifidorda 37 sm, Vəşərüçay-Daştatükdə isə 54 sm artıb.

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-140, Kiçik Qafqazın çaylarında 80-85, Lənkəran-Astara bölgəsi çaylarında 20-80, Naxçıvan MR çaylarında isə 55 faizini təşkil edir.

Oktyabrın 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 145 m3/s, ongünlük normanın 88 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 187 m3/s və ongünlük normanın 113 faizini təşkil edib.

Oktyabrın 29-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi 56 m3/s olmaqla, ongünlük normanın 61 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 77 m3/s təşkil edib və ongünlük normanın 84 faizinə bərabər olub.

Oktyabrın 29-da Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 10 sm , Şirvanda 1 sm, Araz çayının Novruzlu məntəqəsində 8 sm artım, Bankədə 7 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 320 sm (2011-ci il oktyabrın 29-da 524 sm), Şirvanda 163 sm (2011-ci il oktyabrın 29-da 387 sm ), Salyanda 158 sm (2011-ci il oktyabrın 29-da 396 sm), Bankədə 192 sm (2011-ci il oktyabrın 29-da 281 sm), Araz çayının Novruzlu məntəqəsində isə 98 sm (2011-ci il oktyabrın 29-da 190 sm) təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti