...

Bakıda "Çexiya Qrantı" adlı sərgi keçiriləcək

Cəmiyyət Materials 29 Oktyabr 2012 15:18 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasından bazar ertəsi Trend-ə verilən məlumata görə, oktyabrın 21-23-də Bakıda səfərdə olmuş Çexiya Tarix Muzeyinin direktoru Pavel Douşa və muzeyin əməkdaşı Daqmar Fialova Milli Azərbaycan Tarixi Muzeyinin rəhbərliyi ilə "Çexiya Qrantı" adlı sərginin təşkili ilə əlaqədar danışıqlar aparıb.
Bakıda "Çexiya Qrantı" adlı sərgi keçiriləcək

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Gələn il Bakıda "Çexiya Qrantı" adlı sərgi təşkil olunacaq.

Azərbaycan Milli Elmlər Akademiyasından bazar ertəsi Trend-ə verilən məlumata görə, oktyabrın 21-23-də Bakıda səfərdə olmuş Çexiya Tarix Muzeyinin direktoru Pavel Douşa və muzeyin əməkdaşı Daqmar Fialova Milli Azərbaycan Tarixi Muzeyinin rəhbərliyi ilə "Çexiya Qrantı" adlı sərginin təşkili ilə əlaqədar danışıqlar aparıb.

Danışıqlar zamanı sərginin gələn il aprelin 12-dən iyunun 30-dək muzeydə keçirilməsi qərara alınıb.

Sərginin rəsmi açılışı gələn il aprelin 11-də baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti