...

Cənubi Azərbaycanda ermənilərin azərbaycanlılara qarşı soyqırımına dair sənədlər ölkəmizə gətirilib

Cəmiyyət Materials 29 Oktyabr 2012 16:09 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutundan bazar ertəsi Trend-ə verilən məlumata görə, həmin sənədlərin də toplu halında nəşr olunması planlaşdırılır.
Cənubi Azərbaycanda ermənilərin azərbaycanlılara qarşı soyqırımına dair sənədlər ölkəmizə gətirilib

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Cənubi Azərbaycanda ermənilərin azərbaycanlılara qarşı soyqırımına dair sənədlər ölkəmizə gətirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutundan bazar ertəsi Trend-ə verilən məlumata görə, həmin sənədlərin də toplu halında nəşr olunması planlaşdırılır.

AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilən Tarix İnstitutunun Elmi Şurasında qeyd olunub ki, 2012-ci ildə xarici ölkələrdən gətirilən sənədlər əsasında 6 sənəd toplusu çapdan çıxıb. Qalan sənədlər isə çapa hazırlanır. Bununla yanaşı, ermənilərin Azərbaycana köçürülməsinə dair arxiv sənədləri ayrıca toplu şəklində nəşr olunacaq.

Şurada qərara alınıb ki, tarixi Azərbaycan torpaqlarının tarixi keçmişi də sistemli şəkildə araşdırılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti