...

Azərbaycanda oktyabrın son günü qısamüddətli yağış yağacaq

Cəmiyyət Materials 30 Oktyabr 2012 12:54 (UTC +04:00)
Oktyabrın 31-də temperatur rejimində mühüm dəyişiklik olmasa da, Azərbaycanın əsasən şimal və şərq rayonlarında hava şəraitinin tutqun olacağı, arabir qısamüddətli yağış yağacağı gözlənilir.
Azərbaycanda oktyabrın son günü qısamüddətli yağış yağacaq

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Oktyabrın 31-də temperatur rejimində mühüm dəyişiklik olmasa da, Azərbaycanın əsasən şimal və şərq rayonlarında hava şəraitinin tutqun olacağı, arabir qısamüddətli yağış yağacağı gözlənilir. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.

Cənub küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-16, gündüz 18-23 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək.

Lakin gecə və axşam bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 21-26, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti