...

"FINCA Azerbaijan" gənc idmançıları dəstəkləyir

Cəmiyyət Materials 30 Oktyabr 2012 17:13 (UTC +04:00)
Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində bir sıra sosial yönümlü layihələri uğurla həyata keçirən "FINCA Azerbaijan" bank olmayan kredit təşkilatı Azərbaycanın cənub bölgəsindən olan gənc idmançıları dəstəkləmək məqsədilə İmişli şəhərində fəaliyyət göstərən Şərq Əlbəyaxa Döyüş Növləri Klubunda məşq edən idmançılara sponsorluq edir.
"FINCA Azerbaijan" gənc idmançıları dəstəkləyir

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində bir sıra sosial yönümlü layihələri uğurla həyata keçirən "FINCA Azerbaijan" bank olmayan kredit təşkilatı Azərbaycanın cənub bölgəsindən olan gənc idmançıları dəstəkləmək məqsədilə İmişli şəhərində fəaliyyət göstərən Şərq Əlbəyaxa Döyüş Növləri Klubunda məşq edən idmançılara sponsorluq edir.

Təşkilatdan Trend-ə verilən məlumata görə, "FINCA Azerbaijan" tərəfindən 4-6 oktyabr tarixində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu il dönümünə həsr olunmuş Respublika çempionatında qalib gələn 10 nəfər klub üzvünün iştirak xərci ödənilib, 6-9 iyul 2012-ci il tarixində Odessa şəhərində keçirilmiş karate üzrə Dünya Kuboku birinciliyində müxtəlif çəkilərdə 1-ci, 2-ci və 3-cü yerləri tutan 5 nəfər idmançıya mükafat ayrılıb. Bu yaxınlarda isə təşkilat tərəfindən 20 nəfər idmançıya cüdo idman forması, köynəklər və çantalar paylanılıb.

Qeyd edək ki, oktyabr ayının 20-23-də Kiprda keçirilmiş karate döyüş növləri üzrə Dünya çempionatında 1-ci yer tutmuş klub üzvü olan Eldəniz Fərzəliyevin iştirak etməsi üçün bütün xərclər ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti