...

Azərbaycanın təhsil naziri narazılıq etdi

Cəmiyyət Materials 31 Oktyabr 2012 10:47 (UTC +04:00)
Azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil alması üzrə Dövlət Proqramı çərçivəsində İtaliya universitetlərində təhsil alan azərbaycanlı gənclərin sayı qaneedici deyil, bu say artırılmalıdır.
Azərbaycanın təhsil naziri narazılıq etdi

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil alması üzrə Dövlət Proqramı çərçivəsində İtaliya universitetlərində təhsil alan azərbaycanlı gənclərin sayı qaneedici deyil, bu say artırılmalıdır. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov "Azərbaycan və İtaliya arasında təhsil sahəsində əməkdaşlıq: mövcud vəziyyət və perspektivlər" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, qeyd edilən proqrama İtaliyanın 24 universiteti cəlb edilsə də, hazırda bu proqram çərçivəsində həmin ölkədə yalnız 4 nəfər oxuyur.

Nazir deyib ki, hazırda Azərbaycanın bir cox universitetləri İtaliya ilə əməkdaşlıq edir. Bu əlaqələr daha cox Avropa İttifaqının Tempus proqramı çərçivəsində qurulub.

Mərdanovun sözlərinə görə, İtaliya və Azərbaycanın illik ticarət dövriyyəsinin böyük olmasına baxmayaraq, təhsil sahəsində əlaqələr cox aşağı səviyyədədir. Bu əlaqələrin daha da inkişaf etməsi fikrində olan Mərdanov bildirib ki, yalnız ali təhsil üzrə deyil, təhsilin bütün pillələri və səviyyələri üzrə əlaqələr inkişaf etdirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti