...

Azay Quliyev: Azərbaycanın milli maraqlarının qorunması üçün QHT-lərə dövlət tərəfindən ayrılan vəsait artırılmalıdır

Cəmiyyət Materials 14 Noyabr 2012 16:40 (UTC +04:00)
Azərbaycanın milli maraqlarının qorunması üçün xarici ölkələrdə fəaliyyət göstərən QHT-lərə dövlət tərəfindən ayrılan vəsaitin artırılması təklif olunub.
Azay Quliyev: Azərbaycanın milli maraqlarının qorunması üçün QHT-lərə dövlət tərəfindən ayrılan vəsait artırılmalıdır

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın milli maraqlarının qorunması üçün xarici ölkələrdə fəaliyyət göstərən QHT-lərə dövlət tərəfindən ayrılan vəsaitin artırılması təklif olunub. Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, bu il Azərbaycan Prezidenti xarici QHT-lərin layihələrinin maliyyələşdirilməsi ilə bağlı Şuraya səlahiyyət verib.

"Bu, milli maraqların müdafiəsi üçün böyük əhəmiyyət kəsb edir. Büdcəyə təkrar baxılması zamanı bu məqsədlə Şuraya ayrılan vəsaitin artırılması məqsədəuyğun olardı", - o deyib.

Öz çıxışında Quliyev, həmçinin təhsil sahəsində olan problemlərin həlli barədə öz təkliflərini açıqlayıb. Deputat qeyd edib ki, müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi barədə qərarın qəbul olunması bu problemlərin həllinə şərait yarada bilər: "Artıq müəllimlərin dövlət qulluqçusu statusunun alması ilə əlaqədar müvafiq konsepsiya hazırlanıb və bu məsələ öz həllini tapsa, müəllimlərin maddi-texniki vəziyyətinin yaxşılaşdırılmasına səbəb ola bilər".

Quliyev öz çıxışında regionlarla Bakı arasında fərqin azaldılması və regionlara verilən dotasiyaların həcminin azaldılması təklifini də irəli sürüb.

"Artıq Sumqayıt və Abşeron rayonları dotasiyadan imtina ediblər. Ümid edirəm ki, növbəti illərdə digər rayonlar da dotasiyadan imtina edərək ÜDM-də öz paylarını artıracaqlar", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti