...

Çingiz Qənizadə: Azərbaycanda ictimai nəqliyyatla bağlı cəzalar sərtləşdirilməlidir

Cəmiyyət Materials 28 Noyabr 2012 12:33 (UTC +04:00)
Azərbaycanda ictimai nəqliyyatı idarə edənlərin sağlamlığı ilə bağlı vəziyyət narahatlıq doğurur.
Çingiz Qənizadə: Azərbaycanda ictimai nəqliyyatla bağlı cəzalar sərtləşdirilməlidir

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda ictimai nəqliyyatı idarə edənlərin sağlamlığı ilə bağlı vəziyyət narahatlıq doğurur.

Millət vəkili Çingiz Qənizadə Trend-ə bildirib ki, bu gün avtobus sürücüləri tərəfindən törədilən yol qəzaları aktual problemə çevrilib. Onun sözlərinə görə, avtobus və taksi sürücülərinin hər gün həkim müayinəsindən keçirilməsi ilə bağlı qanunda tələb olsa da, qanunun bu tələbi icra olunmur.

"Bizdə olan məlumata görə, taksi və avtobus sürücüləri tibbi müayinədən keçmir və xəttə çıxırlar. Bu sahəyə Səhiyyə və Nəqliyyat nazirlikləri və yol polisinin vicdanlı nəzarəti olmalıdır", - millət vəkili deyib.

Avtobus sürücülərinin sərxoş vəziyyətdə, xəstə halda, sürücülük vəsiqəsi olmadan ictimai nəqliyyatı idarə etməsi ilə bağlı faktların kifayət qədər çox olduğunu deyən Qənizadə bu sahədə vəzifəli və hüquqi şəxslərə qarşı cəzaların sərtləşdirilməsini, cərimələrin daha da artırılmasını vacib sayır.

"Milli Məclis vəzifəli şəxslərin inzibati məsuliyyətə cəlb olunma məsələsini İnzibati Xətalar Məcəlləsinə daxil etsə də, hələlik effektli nəticə əldə etməmişik. Onların cəzalanması zamanı heç bir şəxsi əlaqələrə, qohumluğa baxılmamalıdır", - millət vəkili vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti