...

Sabah Bakıda havanın temperaturu 18 dərəcəyədək yüksələcək

Cəmiyyət Materials 29 Noyabr 2012 14:05 (UTC +04:00)
Sabah Azərbaycanda isti hava şəraiti davam edəcək.
Sabah Bakıda havanın temperaturu 18 dərəcəyədək yüksələcək

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanda isti hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 30-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər və axşam yarımadanın bəzi yerlərində duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10, gündüz 13-18 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, ayrı -ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 12-17, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti təşkil edəcək.

Noyabrın 30-dan dekabrın 2-dək Abşeron yarımadasında nisbətən mülayim və sabit hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti