...

Azərbaycanda 400-dən çox hərbi qulluqçu dövlət vəsaiti hesabına mənzillə təmin olunub

Cəmiyyət Materials 24 Dekabr 2012 18:32 (UTC +04:00)
Azərbaycan Prezidentinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.
Azərbaycanda 400-dən çox hərbi qulluqçu dövlət vəsaiti hesabına mənzillə təmin olunub

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

Azərbaycan Prezidentinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Komissiyanın sədri, Azərbaycanın maliyyə naziri Samir Şərifov dövlət başçısının fərmanı ilə Komissiya qarşısında qoyulan vəzifələrin icra vəziyyəti barədə danışaraq bildirib ki, artıq müvafiq meyarlara uyğun olan və Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunmasına başlanılıb. Qeyd olunub ki, Komissiyanın qəbul etdiyi qərarlarda müvafiq meyarlara cavab verməklə döyüş bölgəsində xidmət etmiş və döyüşlərdə yaralanmış hərbçilər ilk növbədə nəzərə alınır.

İclasda Müdafiə Nazirliyi tərəfindən Komissiyaya təqdim edilən Silahlı Qüvvələrdə 20 təqvim ili tamam olmuş və qüsursuz xidmət etmiş hərbi qulluqçuların yeni siyahısına baxılıb, mənzil almağa namizəd olan hərbi qulluqçuların siyahısı üzrə dəqiqləşdirilmələr aparılaraq 337 nəfər hərbi qulluqçunun dövlət vəsaiti hesabına mənzillə təmin olunmasına dair qərar qəbul edilib.

Bununla da, bu günə qədər Komissiya tərəfindən 411 nəfər hərbi qulluqçunun Bakı şəhəri daxil olmaqla respublikanın müxtəlif regionlarında mənzillə təmin olunması ilə bağlı qərarlar qəbul edilib və artıq müvafiq mənzillər 50 hərbi qulluqçunun mülkiyyətinə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti