...

Azərbaycanın prokurorluq orqanlarına Prezidentin yol nəqliyyat hadisələri ilə bağlı imzaladığı sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb

Cəmiyyət Materials 1 Fevral 2013 16:25 (UTC +04:00)
Azərbaycan Baş Prokurorluğunun 2012-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında yol nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması məsələsi müzakirə olunub.
Azərbaycanın prokurorluq orqanlarına Prezidentin yol nəqliyyat hadisələri ilə bağlı imzaladığı sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycan Baş Prokurorluğunun 2012-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında yol nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması məsələsi müzakirə olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə daxil olan məlumatda qeyd olunur ki, kollegiya iclasında əminlik ifadə olunub ki, yol nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması, bu hadisələrlə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı yol verilən korrupsiya və digər sui-istifadə hallarının qarşısının alınması və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması işində Prezident İlham Əliyev tərəfindən 26 dekabr 2012-ci il tarixdə imzalanmış "Yol nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında" sərəncam müstəsna rol oynayacaq.

İclasda vurğulanıb ki, son illərin statistik göstəricilərinin müqayisəsinə görə ölkənin kriminogen durumunda narahatlıq doğuran problemlərdən biri yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətlərinin və bu hadisələr nəticəsində ölən və yaralananların sayının yüksək olması hesab edilməlidir.

Diqqətə çatdırılıb ki, yol nəqliyyat hadisələrinin təhqiqatında və istintaqında qanunların icrasına, açılması təmin edilməmiş ölümlə nəticələnən yol nəqliyyat hadisələri ilə bağlı istintaq və əməliyyat-axtarış hərəkətlərinin həyata keçirilməsinə nəzarətin gücləndirilməsi, yol nəqliyyat hadisələri ilə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı qanun pozuntularına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsinin təmin olunması barədə Baş Prokurorluğa verilmiş tövsiyələrin icrasının təmin edilməsi ilə bağlı müvafiq əmr hazırlanmaqla icraya yönəldilib, məsələnin aktuallığı nəzərə alınmaqla, əlaqədar qurumlar tərəfindən bu sahədə istintaq və məhkəmə təcrübəsinin ümumiləşdirilməsi, istintaq və dövlət ittihamının müdafiəsi üzrə tədbirlərin səmərəliliyinin yüksəldilməsi, açılmamış qalan hadisələr üzrə əməliyyat-axtarış işlərinin intensivliyinin artırılması, hadisə yerindən qaçan sürücülər barəsində müvafiq qətimkan tədbirinin seçilməsi və cəza təyini məsələlərinin həllində tələbkarlığın yüksəldilməsinin təmin olunması barədə tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti