...

Baş Prokurorluqda elektron cinayət informasiya proqramı yaradılıb

Cəmiyyət Materials 1 Fevral 2013 16:20 (UTC +04:00)
Baş Prokurorluqda "Azərbaycan Respublikasında qeydə alınmış cinayət xarakterli məlumatlar üzrə cinayət təqibinin nəticələrinə dair - Elektron cinayət" İnformasiya Proqramı yaradılıb.
Baş Prokurorluqda elektron cinayət informasiya proqramı yaradılıb

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir İ.İzzət/

Baş Prokurorluqda "Azərbaycan Respublikasında qeydə alınmış cinayət xarakterli məlumatlar üzrə cinayət təqibinin nəticələrinə dair - Elektron cinayət" İnformasiya Proqramı yaradılıb. Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə Baş Prokurorluğun kollegiya iclasında baş prokuror Zakir Qaralov bildirib.

Onun sözlərinə görə, Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsi tərəfindən "Elektron hökumət" layihəsi çərçivəsində "Elektron Sənəd Dövriyyəsi" sisteminin yaradılması və 2012-ci ilin əvvəllərindən etibarən həmin sistemin Baş Prokurorluqda kağız dövriyyəsi ilə paralel olaraq fəaliyyət göstərməsi təmin olunub, Elm-Tədris Mərkəzi ilə əlaqəli şəkildə "Azərbaycan Respublikasında qeydə alınmış cinayət xarakterli məlumatlar üzrə cinayət təqibinin nəticələrinə dair - Elektron cinayət" İnformasiya Proqramı yaradılmaqla 2012-ci ilin oktyabr ayından bu sistemin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə və Ağır cinayətlərə dair işlər üzrə istintaq idarələri və bir sıra tabe prokurorluqlarda tətbiqinə başlanılıb.

Kollegiyada "2013-cü ilin Azərbaycan Respublikasında "İnformasiya kommunikasiya texnologiyaları ili" elan edilməsi haqqında" dövlət başçısının sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə Baş Prokurorluğun müvafiq tədbirlər planının təsdiq olunması və nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi barədə tapşırıqlar verilib.

Bölgə müşavirələrində qaldırılmış təkliflərə və "Azərbaycan Respublikası Prokurorluğu orqanlarında metodik ədəbiyyatın hazırlanması və nəşri Qaydalarına" müvafiq olaraq, fəaliyyətin forma və metodlarının, ayrı-ayrı kateqoriyadan olan cinayətlərin istintaqı metodikasının daha da təkmilləşdirilməsi məqsədilə 42 metodiki tövsiyənin, o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən "Korrupsiya cinayətləri: aşkar edilməsi, istintaqı və ittihamın müdafiə edilməsi" və Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən "Kriminalistika üzrə metodiki vəsaitlər" adlı topluların hazırlanması və icraya yönəldilməsi müsbət hal kimi dəyərləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti