...

Polşada oxumaq istəyənlər üçün yeni proqram həyata keçiriləcək

Cəmiyyət Materials 1 Fevral 2013 16:33 (UTC +04:00)
Təhsil Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, təqaüd 1 il ərzində fərdi tədqiqatlar şəklində elmi təcrübənin həyata keçirilməsi üçün verilir. Öz elmi nailiyyətlərini, yaxud təşkilati fəaliyyətini sübut edə bilən və qazanılan təcrübəni öz ölkələrində elmi, yaxud ictimai həyatın müxtəlif sahələrində istifadə edə biləcək şəxslərə üstünlük veriləcək.
Polşada oxumaq istəyənlər üçün yeni proqram həyata keçiriləcək

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir İ.İsabalayeva/

Polşa hökuməti 2013-2014-cü tədris ili üçün gənc alimlərə təqaüd təklif edir.

Təhsil Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, təqaüd 1 il ərzində fərdi tədqiqatlar şəklində elmi təcrübənin həyata keçirilməsi üçün verilir. Öz elmi nailiyyətlərini, yaxud təşkilati fəaliyyətini sübut edə bilən və qazanılan təcrübəni öz ölkələrində elmi, yaxud ictimai həyatın müxtəlif sahələrində istifadə edə biləcək şəxslərə üstünlük veriləcək.

Təqaüd proqramında iştirak etmək istəyən şəxslərin humanitar sahələr (tarix, beynəlxalq münasibətlər, siyasi elmlər, jurnalistika, sosiologiya, etnologiya, mədəni elmlər, sosial psixologiya, inzibatçılıq, idarəetmə və hüquq ) üzrə bakalavr, yaxud magistr dərəcəsi, yaşı 35-dək olmalı, mühazirələri anlamaq və tapşırılan ədəbiyyatı oxumaq üçün kifayət dərəcədə polyak dilini bilməlidir.

Müstəsna hallarda polyak dilini bilməyən namizədlər nəzərə alına bilər. Lakin həmin namizədlər fərdi olaraq, polyak dilini öyrənməli və təqaüd alınandan sonra polyak dili üzrə əlavə hazırlıq kursu keçməlidirlər.

Proqramda iştirak etmək istəyənlər sənədlərini martın 1-dək Polşanın Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti