...

ABŞ ilə Çin arasında metanol istehsalı sahəsində əməkdaşlıq OPEC blokunu dağıda bilər

Cəmiyyət Materials 4 Fevral 2013 15:47 (UTC +04:00)
ABŞ ilə Çin arasında metanol istehsalı sahəsində əməkdaşlıq OPEC blokunu dağıda bilər.
ABŞ ilə Çin arasında metanol istehsalı sahəsində əməkdaşlıq OPEC blokunu dağıda bilər

ABŞ ilə Çin arasında metanol istehsalı sahəsində əməkdaşlıq OPEC blokunu dağıda bilər.

"OPEC blokunun hakimiyyətinə yalnız ABŞ və Çin neftə qarşı alternativ nəqliyyat yanacağı növlərinin işlənib hazırlanması sahəsində əməkdaşlıq etməyə başladıqları zaman son qoyulacaqdır", - Qlobal Təhlükəsizliyin Təhlili İnstitutunun həmdirektoru Doktor Qal Laft "Globes" nəşrinə verdiyi müsahibəsində belə söyləmişdir. Onun sözlərinə görə, buna təbii qaz və kömür əsasında metanol kimi yanacaq növlərini işləyib hazırlamaqla nail olmaq olar.

"Nə qədər ki, nəqliyyat sənayesi neftə əsaslanır, dünyada nə qədər neft istehsal olunmasından asılı olmayaraq OPEC dünya iqtisadiyyatını idarə etməkdə davam edəcəkdir", cənab Luft bildirib.

ABŞ-nın Enerji Təhlükəsizliyi Şurasının məsləhətçisi olan Doktor Qal Luft özünün "Petropoliya: Amerika enerji təhlükəsizliyi paradiqmasının iflasa uğraması" adlı yeni kitabında yazır ki, dünya bazarında neftin qiyməti OPEC təşkilatını idarə edən neft istehsalçısı olan ərəb olkələrinin hökümətlərinin büdcə ehtiyaclarına görə təyin edilir. Müəlliflərdən birinin Enn Korin olduğu bu kitab haqqında keçən həftə "The Washington Post" qəzetinin Kitab İcmalında qeyd olunmuşdur.

Luft deyir ki, ABŞ-da neftin və qazın hidrokrekinqi sahəsində baş verən inqilab neftin qiymətinin düşməsinə və ya OPEC hakimiyyətinin zəifləməsinə gətirib çıxarmayacaqdır, çünki neft təchizatında süni şəkildə çatışmazlıq yaratmaq və qiymətləri indiki səviyyədə saxlamaq üçün OPEC neft hasilatını azalda bilər. Səudiyyə Ərəbistanının, İranın və Venesuelanın hakim mövqe tutduğu OPEC təşkilatı hal-hazırda gündə 30 milyon barrel neft istehsal edir. Bu, gündə 85 milyon barrelə bərabər olan dünya üzrə neft istehlakının 40 faizini təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti