...

Hindistanda zorlamaya görə ölüm hökmünün tətbiqi təsdiqləndi

Cəmiyyət Materials 5 Fevral 2013 14:52 (UTC +04:00)
Hindistan Prezidenti Pranab Kumar Mukherci ölüm cəzası daxil olmaqla, zorlamaya görə cəzanın sərtləşdirilməsini təsdiqləyib. Prezident bununla bağlı qərarı bazar ertəsi imzalayıb.
Hindistanda zorlamaya görə ölüm hökmünün tətbiqi təsdiqləndi

Azərbaycan, Bakı, 5 fevral /Trend/

Hindistan Prezidenti Pranab Kumar Mukherci ölüm cəzası daxil olmaqla, zorlamaya görə cəzanın sərtləşdirilməsini təsdiqləyib. Prezident bununla bağlı qərarı bazar ertəsi imzalayıb. Bu barədə Trend "Times of India" qəzetinə istinadən məlumat verir.

Bununla əlaqədar ölkənin Cinayət Məcəlləsinə də dəyişikliklər ediləcək. Dəyişikliklər zorlanmanın ölümlə nəticələnəcəyi və ya sağlamlıq üçün ciddi nəticələrə səbəb olacağı halda ən ağır cəzanı nəzərdə tutur. Belə cinayətkarlar üçün həbs cazası 10 ildən 20 ilədək artırılıb.

Habelə Prezidentin fərmanı ilə Hindistanda qadınları təqib etməyə və onlara qarşı başqa hüquq pozuntuları törətməyə görə də azadlıqdan məhrumetmə cəzası tətbiq edilib.

Cəzaların sərtləşdirilməsi bu gün Nyu-Dehlidə başlayan beş cinayətkarın işi üzrə məhkəmə prosesi ilə bağlıdır. Onlar ötən il dekabrın 16-da 23 yaşlı tələbə Coti Sinqh adlı qızı zorlamışdılar. Sonradan qız xəstəxanada dünyasını dəyişmişdi. Onların barəsində qətl, oğurluq, cinayətkar sövdələşmə və qarət ittihamı irəli sürülüb.

Xatırladaq ki, qızın ölümü bütün Hindistanda kütləvi etiraz aksiyalarına səbəb olmuşdu. Aksiya iştirakçıları zorakılıq törədənlərin ciddi cəzalandırılmasını, belə cinayət işlərinə sürətləndirilmiş rejimdə baxılması üçün xüsusi məhkəmələrin yaradılmasını tələb edirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti