...

"Excelsior Hotel Baku" sevgililər gününə həsr olunmuş xüsusi əyləncəli proqram təklif edir

Cəmiyyət Materials 6 Fevral 2013 16:45 (UTC +04:00)
14 fevral 2013-cü il tarixində “Belveder” restoranında valentin gününə həsr olunmuş xüsusi əyləncəli proqram keçiriləcək.
"Excelsior Hotel Baku" sevgililər gününə həsr olunmuş xüsusi əyləncəli proqram təklif edir

Azərbaycan, Bakı, 6 fevral /Trend/

14 fevral 2013-cü il tarixində "Belveder" restoranında valentin gününə həsr olunmuş xüsusi əyləncəli proqram keçiriləcək.

Qonaqlar üçün maraqlı sürprizlərin nəzərdə tutulduğu proqram saat 20.00-dan başlayaraq 24.00-a qədər davam edəcək. Restoranın Azərbaycan üzrə məşhur şef aşpazı bu gün üçün xüsusi bir menyu tərtib edib. Proqrama canlı musiqi, Azərbaycan mətbəxindən müxtəlif yeməklər (salatlar, isti və soyuq yeməklər, desert) limitsiz yerli içkilər, çay və qəhvə daxildir.

Xüsusi proqramda bir nəfər ücün iştirak qiyməti 50 AZN təşkil edir.

"Excelsior Hotel Baku" hotelinə 496 80 00 telefon nömrəsinə zəng vuraraq rezerv edə bilərsiniz.

"Excelsior Hotel Baku" AtaHolding Şirkətlər Qrupuna daxildir və 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. "Excelsior Hotel Baku" mehmanxanası 1 "İmperial" lüks, 2 "Royal" lüks, 4 "Crown" lüks, 45 "Heritage" standart, 9 "Duke" kiçik otaqlar, iclas otaqları və biznes mərkəzləri, restoranlar, "Aura" sağlamlıq mərkəzindən və s. ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti