...

FHN əhalini “rəngsiz, dadsız, iysiz” qatillə mübarizədə fəal təbliğatçı olmağa çağırıb

Cəmiyyət Materials 7 Fevral 2013 11:58 (UTC +04:00)
Gənc nəslə təhlükəsizlik mədəniyyəti çatdırılmalıdır. Trend-in məlumatına görə, bunu Fövqəladə Hallar Nazirliyi Yanğın Nəzarəti Xidməti (YNX) “Təhsil müəssisələrinin yanğın təhlükəsizliyi” mövzusunda seminar-müşavirənin açılışında Xidmətin rəisi Elmar Hüseynov bildirib.
FHN əhalini “rəngsiz, dadsız, iysiz” qatillə mübarizədə fəal təbliğatçı olmağa çağırıb

Azərbaycan, Bakı, 7 fevral/ Trend müxbir M.Əliyev/

Gənc nəslə təhlükəsizlik mədəniyyəti çatdırılmalıdır. Trend-in məlumatına görə, bunu Fövqəladə Hallar Nazirliyinin Yanğın Nəzarəti Xidmətinin (YNX) "Təhsil müəssisələrinin yanğın təhlükəsizliyi" mövzusunda keçirilən seminar-müşavirənin açılışında Xidmətin rəisi Elmar Hüseynov bildirib.

Xidmət rəisi əhalinin diqqətini payız-qış mövsümündə özünü daha çox biruzə verən insanların dəm qazından zəhərlənmələri kimi fövqəladə hala cəlb edərək "rəngsiz, dadsız, iysiz" qatillə mübarizədə fəal təbliğatçı olmağa çağırıb.

"Qaz təsərrüfatında təhlüləsizlik qaydalarına riayət edilməməsi səbəbindən insan itkisi və xəsarət alması ilə nəticələnən partlayış, yanğın, zəhərlənmə kimi bədbəxt hadisələr baş verməməsi üçün bu gün tələbələr, məktəblilər, valideynlərlə görüşlərdə müvafiq maarifləndirici söhbətlərin aparılmasına böyük ehtiyac var" - Hüseynov vurğulayıb.

O qeyd edib ki, yaşayış sahələrində standartlara uyğun olmayan kustar üsulla hazırlanan qaz cihazlarından istifadə edilməsinin, özbaşına qaz cihazlarının təyinatını bilmədən quraşdırılmasının, yerinin dəyişdirilməsinin və özbaşına təmir işlərinin aparılmasının, tüstü bacalarının, havadəyişmə kanallarının mütəmadi olaraq təmizlənməməsinin, qaz cihazlarının işlək vəziyyətdə nəzarətsiz qalmasının və sair səbəblərdən partlayış, yanğın, dəm qazından zəhərlənmə kimi bədbəxt hadisələrə yol açması geniş təbliğ olunmalıdır, gənc nəslə təhlükəsizlik mədəniyyəti çatdırılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti