...

Azərbaycanın turizm şirkətləri "Türk Hava Yolları"nın biletlərinin satışını dayandırırlar (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 8 Fevral 2013 12:21 (UTC +04:00)
Trend-in məlumatına görə, Azərbaycan Turizm Assosiasiyasının (AzTA) cümə günü keçirilən toplantısında qurumun rəhbəri Nahid Bağırov bildirib ki, "Türk Hava Yolları"nın satılan biletlərdən turizm şirkətlərinə verdiyi komissiyadan imtina etməsi həmin şirkətə qarşı haqlı narazılıq yaradır.
Azərbaycanın turizm şirkətləri "Türk Hava Yolları"nın biletlərinin satışını dayandırırlar (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanın turizm şirkətləri "Türk Hava Yolları"ndan narazılıqlarını bildiriblər.

Trend-in məlumatına görə, Azərbaycan Turizm Assosiasiyasının (AzTA) cümə günü keçirilən toplantısında qurumun rəhbəri Nahid Bağırov bildirib ki, "Türk Hava Yolları"nın satılan biletlərdən turizm şirkətlərinə verdiyi komissiyadan imtina etməsi həmin şirkətə qarşı haqlı narazılıq yaradır.

"Türk Hava Yolları" bir gündə Bakı-İstanbul reysi ilə 4 dəfə uçuş həyata keçirir ki, bu da bizim turizm şirkətlərinin sayəsində baş verir. Azərbaycanın turizm şirkətləri ilə bu aviaşirkət arasında daim dost münasibət olub", - o deyib.

AzTA rəhbəri bildirib ki, bu komissiyalar heç də hər yerdə ləğv olunmayıb, misal üçün, Rusiya bazarında əvvəl bu komissiyalar 7 faiz idisə, ötən il artıq 10 faizə qaldırılıb.

"Biz bütün iradlarımızı "Türk Hava Yolları"nın rəhbərliyinə bildirmişik, lakin təəssüflər olsun ki, hələ də cavab verilməyib. Bu, başqa dövlətin aviaşirkəti olsaydı, bəlkə də bu sözü deməzdik, lakin bu addım "İki dövlət - bir millət" anlamından kənara çıxır", - o deyib.

Toplantı zamanı təklif olunub ki, Azərbaycanın turizm şirkətləri "Azərbaycan Hava Yolları"na komissiyaların verilməsinin bərpa edilməsini təklif etsinlər və bu baş tutacağı təqdirdə turizm şirkətləri məhz AZAL ilə işləyəcəklər.

Toplantıda fevralın 12-dən etibarən Azərbaycanın turizm şirkətlərinin "Türk Hava Yolları"nın biletlərinin satışını müvəqqəti dayandırmaları barədə qərar qəbul olunub.

Bağırov bildirib ki, "Avstriya Hava Yolları", "Lufthansa" kimi aviaşirkətlər komissiyaları ləğv etsələr də, bonus sistemi tətbiq edirlər, "Türk Hava Yolları" isə hətta bu sistemi də tətbiq etmək istəmir və ötən ilin dekabr ayından turizm şirkətlərinə komissiya verilməsindən imtina edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti