...

Anadolu Sağlamlıq Mərkəzinin Azərbaycan ofisi açıldı (FOTO)

Cəmiyyət Materials 8 Fevral 2013 15:12 (UTC +04:00)
Türkiyənin ən böyük sağlamlıq mərkəzlərindən olan “Anadolu Sağlık Merkezi”nin (ASM) Azərbaycan ofisi açılıb.
Anadolu Sağlamlıq Mərkəzinin Azərbaycan ofisi açıldı (FOTO)

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir E.Mehdiyev/

Türkiyənin ən böyük sağlamlıq mərkəzlərindən olan "Anadolu Sağlık Merkezi"nin (ASM) Azərbaycan ofisi açılıb.

Trend-in məlumatına görə, Mərkəzin bir qrup professor həkimi mətbuat konfransı keçirərək onun fəaliyyəti və göstərdiyi xidmətlər barədə ətraflı məlumat verib. Tədbirdə bu barədə film də nümayiş etdirilib.

Mərkəzin beynəlxalq xidmətlər üzrə rəhbəri Dilek İnci ASM haqqında danışaraq qeyd edib ki, Anadolu Sağlamlıq Mərkəzi 2005-ci ildən etibarən fəaliyyət göstərməyə başlayıb və hazırda dünyanın ən müasir tibb avadanlıqları ilə təmin olunub.

O qeyd edib ki, hər il Azərbaycandan təxminən 500 nəfər insan Anadolu Sağlamlıq Mərkəzinə müraciət edir və Azərbaycanda da Mərkəzin ofisinin açılmasının əsas məqsədi artan tələbi sistemli bir şəkildə qarşılamaq və xəstələrə daha yaxın olmaqdır.

Mərkəzin yarandığı gündən "Johns Hopkins Medicine" Tibb İnstitutu ilə ilə sıx əməkdaşlıq etdiyini deyən Dilek İnci bildirib ki, Anadolu Sağlamlıq Mərkəzi digər ölkələrdən müraciət edən xəstələrə yüksək səviyyəli xidmətlər göstərmək üçün hər cür şərait yaradır və Azərbaycanda ofisin açılması Anadolu Sağlamlıq Mərkəzinə müraciət etməyi daha da asanlaşdıracaq.

Dilek İnci deyib ki, Mərkəz digər ölkələrdən müraciət edən pasiyentləri hava limanında qarşılayaraq ASM-in yaxınlığında yerləşən hoteldə yerləşdirir və lazımi tibbi xidmətlərin göstərilməsini təmin edir. Yəni pasiyent hava limanında düşəndən geriyə qayıdana qədər bütün xidmətlərin yüksək səviyyədə göstərilməsi Mərkəzin 13 fərqli dildə danışa bilən personalı tərəfindən təmin edilir. Xəstənin Mərkəzin əməkdaşları ilə günün 24 saatı ərzində istənilən vaxt əlaqə saxlaması üçün də şərait yaradılıb.

Bundan əlavə, Mərkəz pasiyentlərin asudə vaxtlarını səmərəli keçirməsi üçün Türkiyənin gəzməli və görməli yerlərinə turist səfərləri təşkil edir. Hazırda Mərkəz dünyanın 67 ölkəsindən, o cümlədən, Avropa ölkələrindən olan xəstələrə tibbi-onkoloji, şüa onkologiyası, "Cyberknife" (robot cərrahiyyə sistemi), ürək və beyin cərrahiyyəsi və bir çox sahələrdə yüksək səviyyəli xidmətlər göstərir.

Tədbirdə ASM-in professor heyətindən olan beyin cərrahı Ahmet Hilmi Kaya, uroloq Cemil Uygur, kardioloq Ertan Ökmen, Azərbaycan üzrə bölgə rəhbəri Kəmalə Xəlilova və ASM-in Azərbaycan ofisinin rəhbəri Arzu Mustafayeva da çıxış ediblər.

Mütəxəssislər Mərkəzdə aparılan müayinə haqqında danışaraq əldə edilən nailiyyətlər barədə məlumat veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti