...

Yaşı 100-ü ötmüş bir qrup əmək pensiyaçısı ilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 8 Fevral 2013 17:10 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondunda (DSMF) yaşı 100-ü ötmüş bir qrup əmək pensiyaçısı ilə görüş keçirilib.
Yaşı 100-ü ötmüş bir qrup əmək pensiyaçısı ilə görüş keçirilib (FOTO)

Azərbaycan, Bakı, 8 fevral /Trend/

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) yaşı 100-ü ötmüş bir qrup əmək pensiyaçısı ilə görüş keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, pensiyaçıları salamlayan DSMF sədri Səlim Müslümov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində ölkə əhalisinin həssas təbəqəsi olan pensiyaçılara dövlət qayğısı ilbəil yüksəlib.

"2012-ci ildə də ölkəmizdə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, davamlı pensiya islahatları siyasəti uğurla gercəkləşdirilib", - deyən Müslümov vurğulayıb ki, əmək pensiyalarının orta aylıq məbləği 2012-ci ilin əvvəlinə nisbətən 4,5 faiz artaraq 152 manat, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 168 manat təşkil edir.

Görüşdə iştirak edən pensiyaçıların əmək fəaliyyətləri dövründə respublikamızın ayrı-ayrı sahələrinin inkişafına xüsusi xidmətlər göstərdiyini, onların keçdiyi həyat yolunun gənc nəsil üçün örnək olduğunu bildirən Müslümov onlara can sağlığı arzulayaraq ən xoş arzularını çatdırıb.

Öz növbəsində, pensiyaçılar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı işlərin həyata keçirildiyini vurğulayıblar. Bildirilib ki, son illər əmək pensiyaçılarının sosial müdafiəsi istiqamətində də mühüm addımlar atılıb və görülən tədbirlər pensiyaların artımına gətirib çıxarıb.

Görüşdə Səlim Müslümov pensiyaçıları maraqlandıran məsələlərə aydınlıq gətirib və yaxın gələcəkdə nəzərdə tutulan islahat tədbirləri barədə məlumat verib.

Sonda pensiyaçılara xatirə hədiyyələri təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti