...

Gəncənin şadlıq saraylarında yoxlamalar aparılacaq

Cəmiyyət Materials 9 Fevral 2013 21:18 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, mart ayının 1-dən “Şadlıq saraylarının təsnifatı və qaydalar” haqda dövlət standartı tətbiq olunacaq. Sənəddə şadlıq saraylarının təsnifatı, texniki və digər tələblərin yeni normalara uyğun olması qeyd olunur.
Gəncənin şadlıq saraylarında yoxlamalar aparılacaq

Azərbaycan, Bakı, 9 fevral /Trend/

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, mart ayının 1-dən "Şadlıq saraylarının təsnifatı və qaydalar" haqda dövlət standartı tətbiq olunacaq. Sənəddə şadlıq saraylarının təsnifatı, texniki və digər tələblərin yeni normalara uyğun olması qeyd olunur.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarət Xidmətinin Gəncə ərazi idarəsindən aldığımız məlumata görə, növbəti aydan başlayaraq Gəncədə, eləcə də Goranboydan Qazağa qədər olan bütün şadlıq saraylarında yeni standartın tətbiqi ilə bağlı yoxlamalar həyata keçiriləcək.

Şadlıq sarayları ilə bağlı yeni standartın tətbiq edilməsinin vaxtı yaxınlaşır. Bununla əlaqəli olaraq aidiyyatı qurum olan Texniki Tənzimləmə və Standartlaşdırma üzrə DNX-nın Gəncə ərazi idarəsi reydlərə başlayacaq. Yoxlamalar əsasən yeni standartın tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədi daşıyacaq. Qeyd edək ki, yeni sənədə əsasən şadlıq sarayında qarderob otağı, tualet, sanitar qovşağı, telefon, gözləmə zalı, bar, artistlərin otağı, gəlin otağı, administrator otağı, şəkilləri çap etmək üçün otaq olmalıdır. Qəbul olunmuş normativlərə əsasən vestibül təqribən əsas zalın dörddə biri qədər sahəni tutmalıdır. Standartda həmçinin şadlıq saraylarının qarderobuna, barına, sanitar qovşaqlarına da ayrı-ayrılıqda tələblər müəyyənləşdirilib. Eyni zamanda mərasim zamanı sarayda həkimin olması da tövsiyə olunur.

Texniki Tənzimləmə və Standartlaşdırma üzrə DNX-nın Gəncə ərazi idarəsinin baş məsləhətçisi Rövşən Abbasov bildirib ki, 1 mart 2013-cü ildən standartın tətbiqi başlanacaq. "Standartın qüvvədə olma müddəti 5 ildir. Həmin standartın tələblərinə uyğun şadlıq evlərindəki çatışmazlıqlar aradan qaldırılacaq. Bu tətbiq edilməlidir. Əks halda həmin hüquqi şəxslər böyük məbləğdə cərimələnəcəklər. Yoxlama işləri bütün respublikada keçirilir. Bizim də ərazimiz Goranboydan Qazaxa qədərdir. Gəncə, eləcə də regionlardakı şadlıq evlərində dövlət nəzarəti planına əsasən yoxlamalar aparılacaq", - o bildirib.

Rövşən Ağayev deyir ki, reydlər ildə iki dəfə aparılacaq. Lakin idarəyə hər hansı bir şikayət daxil olarsa bu yoxlamalar ay ərzində dəfələrlə aparılacaq. Onun sözlərinə görə hazırda idarənin əhat etdiyi ərazidə yeni standartın tələblərinə cavab verə biləcək şadlıq sarayları üstünlük təşkil edir. "Belə yoxlamalar hər zaman olub, çox güman ki, şadlıq evlərində yeni
standartın tələblərinə uyğun şərait var. Çünki hazırda müasir üslubda tikilən şadlıq sarayları çoxdur. Mən düşünürəm ki, 20 şadlıq sarayının 15-də standartın tələblərinə riayət olunur".

Müsahib bildirib ki, yeni standarta əsasən məcburi sertifikatlaşdırma siyahısına daxil olan məhsullar şadlıq evlərində istehsal olunarsa bu zaman həmin məhsulların gigiyenik, eyni zamanda uyğunluq sertifikatı olmalıdır.

Xəbər lenti

Xəbər lenti